Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin gəmiləri Senkaku adaları ətrafındakı sulara daxil olub

Yaponiya hökuməti Çinə məxsus iki patrul gəmisinin ölkənin ərazi sularına daxil olaraq 39 saat orada qalmasından sonra həmin bölgədə patrul xidmətini gücləndirmək üçün var gücünü sərf edəcək. Bu barədə “Reuters” agentliyi NHK “World” telekanalına istinadən xəbər yayıb.

Məlumatda qeyd olunur ki, hətta Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransı keçirərək bu barədə beynəlxalq ictimaiyyətə müraciət edib.
Qeyd edilir ki, bugünlərdə Çinə məxsus iki patrul gəmisi Şərqi Çin dənizində Yaponiyanın nəzarətində olan Senkaku adaları yaxınlığında yapon balıqçı qayığına yaxınlaşıb.
Baş katibin sözlərinə görə, Çin gəmiləri yapon ərazisini iyulun 3-də və 4-də Yaponiyanın ərazi sularına daxil olublar. 
Y.Suqa əlavə edib ki, Çin gəmilərinin məqsədini şərh edə bilməz. Lakin Yaponiya hökuməti Senkaku adaları ətrafındakı ərazi sularının mühafizəsi üçün lazım olan bütün addımları atacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

8 2020 20:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə