Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

İyulun 9-da
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 22-26, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütununundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcəyə çatacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 18-23, gündüz 34-39 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 14-19 , gündüz 22-27 dərəcə isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 34-39 dərəcə isti olacaq. 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 32-37 , dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

8 2020 20:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə