Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Cenevrə Avtomobil Sərgisi ləğv edilir

“Auto Bild” nəşrinin məlumatına görə, cari ilin mart ayında keçirilməli olan Beynəlxalq Cenevrə Avtomobil Sərgisi koronavirus pandemiyası ucbatından ləğv edilmişdi. Üstəlik, sərginin keçirilməsindən imtina barədə qərar onun başlamasına bir neçə gün qalmış qəbul edilmişdi. Sərgidən imtina edilməsi ciddi maliyyə itkiləri ilə müşayət olunmuşdu.

Qeyd edilir ki,  sərginin keçirilməsinə cavabdeh olan “Salon International de l'Automobile” fondu rəsmi bəyanat dərc edərək, 2021-ci ildə Cenevrə avtoslaonunun keçirilməyəcəyini bəyan edib. Təşkilatçılar gələn il vəziyyətin yaxşılacağından əmin olmadıqlarını və sərginin iştirakçıları ilə məsləhətləşmələr apardıqlarını bildiriblər. Nəricədə, 10 min jurnalistin və 600 mindən çox ziyarətçinin qatıldığı tədbirdən imtina etmək qərarı qəbul edilib.

Belə qərarın qəbul edilməsinə təşkilatçıların iştirakçılar ilə apardıqları məsləhətləşmələrin nəticələri də təsir göstərib - avtomobil istehsalçılarının əksəriyyəti avtomobil sənayesinin pandemiyanın vurduğu zərbədən sonra özünə gəlməsi üçün pauzaya ehtiyacı olduğunu bildiriblər. Hazırda istehsalçıların həyata keçirdikləri onlayn təqdimatlar, kütləvi debüt və təqdimatları uğurla əvəz edir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 2020 17:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə