Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadın şahmatçımız çinli dünya çempionu ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyun ilə  mübarizə aparacaq.

Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək. Bu mərhələdə 16 şahmatçı mübarizə aparacaq.

Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. 1/8 finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Yu Venyun olacaq.Soydaşımıza məsul yarışmada uğur diləyirik.

R.TAHİR,
“Xalq qəzeti”

8 2020 12:30 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə