Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ostankino teleqülləsində ildırım çaxıb

Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Ostankino qülləsinndə ildırım çaxıb. 

Bu barədə KİV-də yayılan məlumatda bildirilir ki, ildırımın teleqülləyə vurduğu maddi və fiziki zərər, kommunikasiya xətlərində, bloklarda hər hansı problem yaradıb-yaratmadığı hələ açıqlanmayıb.

Moskva vilayətində, xüsusilə də paytaxta yaxın Putilkovo kəndində iyulun 7-si axşamdan başlayan güclü tufan dalğası Moskva şəhərinə keçib və aramsız şimşəklərə səbəb olub. Gecəyarısı isə şəhərin bir neçə istiqamətində ildırım çaxıb. Növbəti dəfə teleqüllənin yaxınlığında çaxan ildırım Ostankinonu vurub. 

R.TAHİR,
“Xalq qəzeti”

8 2020 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə