Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni general alman faşistlərinə nökərçilik edən Njde ilə öyündüyünü bildirib

Ermənistanın faşist casusu Qaregin Njdeyə İrəvanın mərkəzində heykəl ucaltması xeyli müddətdir ki, Azərbaycan tərəfindən ciddi şəkildə tənqid olunmaqda, sərt şəkildə qınanmaqdadır. Lakin bütün qınaq və tənqidlərə baxmayaraq erməni faşistləri alman faşistlərinə nökərçilik edən babalarını israrla müdafiə etməkdə, Njde ideyalarına vurğunluqlarını gizlətmirlər.

Bu günlərdə isə Ermənistanın Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Norat Ter-Qriqoryants Njde və onun ermənilər üçün önəmi haqqında yeni açıqlama ilə çıxış edib. Azərbaycanın Njde ilə bağlı tənqidi fikirlərininə məhəl qoymayan erməni generalı Njdenin erməni xalqının qəhrəmanı olduğunu bildirib, faşist cəlladından fərəhlə bəhs edib: “Azərbaycan Njdeyə toxunur. Njde bizim qəhrəmanımızdır, əlbəttə ki, o adamın heykəlinin ucaldılmasını istəmirlər. Və o heykəl həmişə olacaq və düşmənlərimizin kim olduğunu bizə xatırlatacaq. Yaxşı ki, Njde ermənidir. O, bizim qəhrəmanımızdır və biz onunla qürur duyuruq”.

R.TAHİR,
“Xalq qəzeti”

8 2020 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə