Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Dövlət Universitetində beynəlxalq virtual elmi seminar keçirilib

Tədbirdə Türkiyənin Egey Universitetinin professorları da iştirak ediblər

Bakı Dövlət Universitetində (BDU) “Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib. Coğrafiya fakültəsinin təşkilatçılığı ilə təşkil olunan beynəlxalq tədbiri giriş sözü ilə acan fakültənin dekanı Şəkər Məmmədova bildirib ki, koronavirus (COVİD-19) pandemiyası beynəlxalq həyata təsirsiz ötüşmədiyi kimi tədrisin müvəqqəti dayandırılmasına da səbəb oldu. Amma  vaxtında təşkil olunan onlayn dərslər və digər tədbirlər yay imtahan sessiyası uğurla başa vurmağa imkan yaratdı. Dekan fakültədə aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən bəhs edib, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb.

Seminar iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev koronavirus pandemiyası səbəbilə universitetdə onlayn formatda uğurla baş tutan konfransların, elmi seminarların, ustad dərslərinin, müzakirələrin, iclasların ənənəvi hal aldığını diqqətə çatdırıb. Universitetin elmi uğurlarından danışan rektor aparılan innovativ yönümlü elmi-tədqiqat işlərinin və fakültələrin qazandığı nailiyyətləri universitetin içtimai-siyasi həyatının uğurları kimi  dəyərləndirib.

BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, professor Çingiz İsmayılov “Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi” mövzusunda əsas məruzə ilə çıxış edib. Pandemiya şəraitində tətbiq olunan distant təhsil və ənənəvi təhsil sisteminin müqayisəli təhlilini verən və hər iki təhsil formasının müsbət və mənfi cəhətlərindən danışan məruzəci bildirib ki, insanların təcrid olduğu şəraitdə, təhsilin davam etdirilməsi üçün, internet şəbəkəsi vasitəsi ilə tədrisin aparılması hələ ki, yeganə çıxış yolu kimi qəbul olunmalıdır. Lakin onlayn tədrisinin keyfiyyətinin qaldırılması vacib hesab olunur. O, onlayn tədrisinin özünəməxsus fərqləndirici cəhətlərini, bu üsulun həm üstünlüklərini, həm də çatışmazlıqlarını göstərmişdir.

Məruzəçi qeyd edib ki, BDU-da son üç ay ərzində onlayn tədris 16 fakültə üzrə 23 mindən çox tələbəni əhatə etmiş və univerisitet kollektivi bütövlklə onlayn tədrisi uğurla keçirməyə nail olmuşdur.

Seminarda BDU-nun professor-müəllim heyəti, doktorantlar və tələbə-magistrantlarla yanaşı, BDU-nun Geologiya fakültəsinin dekanı Məhluqa Məmmədova, Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri professor Kamil Səlimov onlayn təhsilin BDU-da tətbiqindən və uğurlardan  danışıblar.

Türkiyənin Egey Universitetinin professorları Osman Beytekn və Aydın İbrahimovun tədbirdə iştirakları seminarın beynəlxaq statusunu təmin etməklə, təklif etdikləri təcürbə mübadiləsi ilə də diqqət mərkəzində olmuşlar. Qardaş ölkədə onlayn təhsilə verilən onəmi dəyərləndirən Egey Universitetinin əməkdaşları mövcud şəraitdə Türkiyə təhsil sistemində də yaranan problemlərdən və bu problemlətin həlli yollarından danışıblar.

“Xalq qəzeti”

8 2020 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə