Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmtahansız attestat kimlərə verilir?

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə yaydığı məlumatda bildirilirdi  ki, vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bu qərarla bağlı yaranmış sualları cavablandırmaq üçün KİV-Ə açıqlamasında bildirib ki, attestatı yalnız xaricdə təhsil almaq istəyən şəxslər əldə edə biləcək: “İmtahansız attestat almaq hər kəsə şamil olunmur. Xaricdə yerləşən ali təhsil müəssisəsinə müraciət etmək istəyənlərə imtahanda iştirak etmədən məzunu olduğu məktəb tərəfindən attestatları təqdim edilir. Bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatmaq üzrədir. Bu hal nəzərə alınaraq, müraciət edən orta məktəb məzunlarının imtahan vermədən attestat almasına qərar verilib”.

R.TAHİR,
“Xalq qəzeti”

8 2020 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə