Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19-la bağlı yeni ehtimala münasibət bildirilib

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un hava ilə ötürülməsinə yenidən münasibət bildirib. Bu barədə təşkilatın texniki eksperti Bendetta Alleqrançi məlumat verib.

O, koronavirusun hava ilə ötürülməsini istisna etməyib: “Lakin bunun üçün  bütün sübutlar araşdırılmalıdır. Bu günə qədər yeni infeksiyanın çox sayda insanın olduğu qapalı və zəif havalandırılan otaqlarda hava ilə ötürülə biləcəyi bilinir”-deyə, o bildirib.

Bundan əvvəl ÜST bəyan etmişdi ki, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır, havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür.

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

8 2020 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə