Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yazıçı Natiq Məmmədlinin seçmə hekayələrindən ibarət kitabı işıq üzü görüb.

 "Köhlən" Nəşriyyatının çap etdiyi kitabda müəllifin yeni, habelə müxtəlif vaxtlarda qələmə aldığı otuza yaxın seçmə hekayəsi yer alıb.

 Kitab yazıçının "Mənim oxucum mənim qəhrəmanımdır”, devzi ilə oxucularına müraciəti ilə başlayır. "Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam”, - deyə yazıçı oxucularına xitab edir.

 "Ləyaqət düsturu”, "Bekketə salam” hekayələr toplusu və "Körpüdə ümid” romanından sonra "Qəhrəmanım sənsən” Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

 Kitabı şəhərimizin kitab mağazalarından əldə edə bilərsiniz, həmçinin "Köhlən" Nəşriyyatından onlayn sifariş də mümkündür.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2020 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə