Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Fairmont” ancaq müştərilərdən üzr istədi

"Fairmont Baku" hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb. Bu barədə hotelin yaydığı məlumatda bildirilir:

"COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, Fairmont Bakı ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. Fairmont Bakıda yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur".

"Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik", - deyə Fairmont Bakı Alov Qüllələri Baş meneceri Metyu Qreppo bildirib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2020 11:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə