Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Agentliyi peşə və ixtisaslara dair tanıdıcı videoçarxlar hazırladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndəki Dövlət Məşğulluq Agentliyi tərəfindən iqtisadiyyatın aktual sahələrini əhatə edən 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb.

Videoçarxlarda seçilmiş peşə və ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlara dair məlumat verilir. Həmin peşə və ixtisaslara necə və harada yiyələnməyin, onlarla hansı iqtisadi fəaliyyət sahələrində işləməyin mümkün olduğu diqqətə çatdırılır.

Videoçarxların hazırlanmasında məqsəd əmək fəaliyyətinə başlamağa hazırlaşan gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə, ixtisas seçiminə dəstək göstərməkdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2020 10:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə