Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən dövrdə 85 mindən çox şəxsə sosial təminat ödənişi edilib

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son aylarında isə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemi (ümumilikdə 21 e-təyinat sistemi) işə salınıb.

Cari ilin 1 iyul tarixinə olan məlumata əsasən, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 25100 nəfərə e-qaydada pensiya, 60 min şəxsə e-qaydada müavinət və təqaüd təyin olunub.

Qeyd edilən e-təyinat sistemləri vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman onlara proaktiv qaydada xidmət göstərməyə imkan yaradıb. Nəticədə həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

8 2020 10:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə