Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

REPLİKA

ÖZƏL OLMAQ, ÖZBAŞINA OLMAQ DEMƏK DEYİL...

“İyulun 7-də səhhətimlə əlaqədar Gəncədəki Yeni Gəncə Tibb Mərkəzində oldum və qastroenteroloqun qəbuluna düşmək üçün qeydiyyat masasına yaxınlaşdım. Gözləyirdim ki, sivil ölkələrdəki ödənişli tibb müəssisəsində göstərilən qayğı və xidmətlə rastlaşacağam. Əfsuslar olsun ki, əsl bazarla rastlaşdım! Qeydiyat aparılmadı, növbə nömrəsi verilmədi, dedilər “get, həkimin özü ilə razılaş, məsələni onun özü ilə həll et”.

Getdim… 30-40 nəfər, maskalı, maskasız dəhlizdə var-gəl edir. Əməlli-başlı növbə davası gedir. Biri deyir “rayondan dünəndən gəlmişəm”, digəri “ölürəm, mən növbəsiz keçəcəyəm”, başqa birisi “həkimə söz deyəcəyəm” qışqırır...Kondsisioner işləmir. Qapalı bir yer. Əsl cəhənnəm mühiti var. Təzədən qeydiyyat şöbəsinə yaxınlaşıb narazılığımı bildirdim. Məni borclu çıxardılar.  “Biz belə işləyirik, get, hara istəyirsən şikayət elə!” Düzü donub qaldım. Dedim axı özəl olmaq özbaşına olmaq deyil. Siz həkimlər koronavirusla beləmi mübarizə aparırsınız?! Ölkə Prezidenti gecə-gündüz çalışır, qayğı göstərir ki, rəhbəri olduğu ölkənin vətəndaşı bu bəladan tezliklə qurtulsun, sağlam qalsın.

Müayinədən təbii ki, keçə bilmədim və məcbur olub “ara həkimi” axtarmağa başlamışam…Gülməyin. Bəzi üzdəniraq həkimlərdən onlar yaxşıdır. Bilirsən ki, pulu kimə verirsən. Yoxsa bu tibb müəssisəsindəki kimi kassadakənar işlərlə rastlaşmırsan…”

Bu məktubu yazan hazırda təqaüddə olan Nizami Əliyevdir.

Başqa bir məktuba fikir verək.

“Mən də bir dəfə orda olmuşam və kobudluq, nəinki səhiyyə işçisinə, adı insana yaraşmayan hərəkətlərin şahidi olmuşam. Baş həkim şəxsən özü  cox kobud bir qadın idi. Çalışdım izah edəm ki, cənab prezident belə dəmir axı. Sizə bu qədər şərait yaradıb ki, insanlara nümunəvi xidmət göstərəsiniz. Lakin xanım müdirə elə danışdı ki, hiss etdim oranın sahıbı çox böyük qüvvədir.Məqsəd ancaq kütləvi pul toplamaqdır. Özəl tibb müəssisələrinin bir çoxu nəzarətsizlikdən istifadə edib istədiklərini edirlər. Unutmaq olmaz ki, insanların sağlamlığı dövlətin sosial məqsədidir. Burada özəl və ya dövlət tibb müəssisəsi seçilməməlidir. İndiki çətin bir dönəmdə, pandemiya dövründə buna heç yol vermək olmaz”.

Bu məktubun müəllifi isə yenə Gəncə sakini İbrahim Hicranoğlidur.

Məktub müəlliflərinin hər ikisini yaxşı tanıyıram. Uzun illər şəhərdə komsomol-partiya işlərində çalışıblar, vicdanlı, təmiz işçilər olub, fəaliyyətləri ilə sayılıb-seçiliblər.

Qeyd edim ki, haqqında söhbət gedən tibb mərkəzindən narazılıqlar çoxdur. Hətta 4 il qabaq burada narkozdan ayılmayan yeniyetmə bir qıza görə cinayət işi də qaldırılmışdı. Buna da bir sözümüz yox. Əməliyyat zamanı nə desən baş verə bilər. Sadəcə kobudluq, özbaşınalıq, qayda-qanunun olmaması bizi bu sətirləri yazmağa məcbur etdi...

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
             

8 2020 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə