Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə naziri ön xətt bölmələrində olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüblər.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri diqqətə çatdıran Müdafiə naziri bu tələblərin gündəlik xidməti fəaliyyətdə rəhbər tutulmasını tapşırıb.
Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə  müvafiq tapşırıqlar verib.
Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.
Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.

8 2020 10:47 -

Köhnə versiyamızdan xəbərləri izlə