Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:73) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 dekabr tarixli 822 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 443 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 7 may tarixli 755 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli və “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 23 noyabr tarixli 185 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şu­raları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar tarixli 918 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7) aşağıdakı məzmunda 3.23-1-ci bənd əlavə edilsin:

“3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum:

3.23-1.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yara­dılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qullu­ğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apel­yasiya şuraları;

3.23-1.2. məhkəmə hakimiyyəti or­qanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yara­dılmış Apelyasiya Şurasıdır;”.

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 dekabr tarixli 822 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2002, № 12, maddə 717) 3-cü hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 443 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 669; 2008, № 6, maddə 492) 2.1-ci bəndi ləğv edilsin.

4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2008-ci il 7 may tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 366; 2009, № 7, maddə 531) 2-ci hissəsi ləğv edilsin.

5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2008, № 10, maddə 889; 2012, № 12, maddə 1245; 2017, № 5, maddə 801) 2-ci hissəsi ləğv edilsin.

6. “Məhkəmələr və hakimlər haqqın­da”, “Bələdiyyə qulluğu haqqında”, “Pro­kurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası­nın qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 noyabr tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2009, № 11, maddə 888; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 1011 nömrəli Fərmanı) 2-ci hissəsindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respubli­kası Qanununun 22-1.9-cu maddəsində,” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyul 2020-ci il

8 2020 01:56 - FƏRMANLAR
FƏRMANLAR
18 İyul 2020 | 23:37
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 130-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə