Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:133) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 105-VIQD nömrəli Qanununun tətbiqi və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 105- VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 96; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 433, № 10, maddə 1610; 2017, № 7, maddə 1338) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddə “və 9.1-ci” sözləri “ , 9.1-ci və 19.4-cü” sözləri ilə əvəz edilsin.

2. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağı­dakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

“2.5. həmin Qanunun 19.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respubli­kasının Prezidenti nəzərdə tutulur.”.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyul 2020-ci il

8 2020 01:50 - FƏRMANLAR
FƏRMANLAR
18 İyul 2020 | 23:37
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 130-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə