Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 238 Bakı şəhəri, 6 iyul 2020-ci il

“Aqrar sığorta” informasiya sisteminin Əsasnaməsi”nin və “Aqrar sığorta” infor­masiya sisteminə inteqrasiya ediləcək in­formasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə

“Aqrar sığorta haqqında” Azərbaycan Res­publikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aqrar sığorta” informasiya sisteminin Əsasnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutu­lan məlumatların Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Preziden­ti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Aqrar sığorta” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnfor­masiya Sistemi vasitəsilə təmin etsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2020-ci  il  6  iyul

tarixli 238 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

“Aqrar sığorta” informasiya sisteminin

ƏSASNAMƏSİ

 

  1.  Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.2-ci maddə-sinə əsasən hazırlanmışdır və “Aqrar sığorta” informasiya sisteminin (bundan sonra – ASİS) formalaşdırılmasının, aparılmasının və digər qurumların informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. ASİS üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına müvafiq qaydada ASİS-in aparılması “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – sahib) tərəfindən təmin edilir.

1.3. ASİS-in fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici qurum (bundan sonra – operator) vasitəsilə təmin edilir.

1.4. ASİS aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətinin elektron qaydada aparılmasını, aqrar sığorta məhsulunun elektron təşkilini, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilmə-sinin avtomatlaşdırılmasını təmin edir.

  1.  ASİS Azərbaycan Respublikasının mülkiyyətidir.
  2.  Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
    1.  ASİS-in istifadəçisi (bundan sonra – istifadəçi) – qanun-vericiliklə müəyyən edilmiş qaydada ASİS-dən informasiya əldə etmək və ya informasiyadan istifadə etmək hüququ verilmiş dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər;
    2.  elektron kabinet – istifadəçinin özü barəsində olan məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, həmin məlumatlarda olan hər hansı dəyişikliklərlə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini və xidmət-lərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.
  3.  Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qanunda və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxiv-ləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar) eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
  4.  ASİS-də toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi aqrar sığorta sahəsində aqrar sığortalılara effektiv xidmətin göstərilməsidir. Fərdi məlumatların ASİS-də toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
  5.  ASİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləş-dirilməsi ilə bağlı xərclər sahib tərəfindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
  6.  Qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş məlumatların (sənədlərin) ASİS vasitəsilə əldə edilməsinə görə:

1.10.1. dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir;

1.10.2. bütün digər hallarda heç bir ödəniş tələb olunmur.

 

  1.  ASİS-in məqsədi və fəaliyyət prinsipləri

 

  1.  ASİS-in tətbiqinin məqsədi aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətinin elektron qaydada aparılmasından, aqrar sığorta məhsulunun elektron təşkilindən, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsindən ibarətdir.
  2.  ASİS sahibin və operatorun hüquqlarının həyata keçiril-məsi, funksiyalarının və vəzifələrinin icrası və ya elektron xidmətlərin təşkili məqsədilə Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır.
  3.  ASİS-in fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
    1.  istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin ASİS-dən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
    2.  fasiləsizlik – aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, ASİS-in fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;
    3.  funksionallıq və davamlı inkişaf – ASİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə ASİS-in daim təkmilləşdirilməsi;
    4.  operativlik – xidmətlərin (o cümlədən elektron xidmət-lərin) göstərilməsinin və məlumat mübadiləsinin ən qısa müddətdə həyata keçirilməsi;
    5.  sərbəstlik – ASİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;
    6.  şəffaflıq – ASİS-in fəaliyyətində və xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi.

 

  1.  ASİS-in strukturu

 

  1.  ASİS-in strukturu aşağıdakı modullardan ibarətdir:
    1.  “elektron kabinet” modulu;
    2.  “məlumatlandırma” modulu;
    3.  “digər sistemlərlə inteqrasiya” modulu;
    4.  “sığorta” modulu;
    5.  “qiymətləndirmə və zərərin yoxlanılması” modulu;
    6.  “ekspert” modulu;
    7.  “maliyyə və ödəniş” modulu;
    8.  “hesabatlar” modulu;
    9.  “inzibatçılıq” modulu;
    10.  “şikayət” modulu;
    11.  “proseslərin emal edilməsi” modulu.
  2.  ASİS-in strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:
    1.  “elektron kabinet” modulu vasitəsilə aqrar sığortalının, müstəqil ekspertin, vasitəçi aqrar sığortaçının qeydiyyatının aparıl-ması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, istifadəçilərin fərdi məlumatlarında dəyişiklik edilməsi, aqrar sığorta şərtləri barədə informasiyanın olması, sığorta haqqının hesablanması üçün kalkulyatordan istifadə edilməsi, ödənişlər barədə məlumatın olması, habelə bu Əsasnamənin 8.1-ci bəndində qeyd edilən digər imkanların təmin edilməsi;
    2.  “məlumatlandırma” modulu vasitəsilə istifadəçilərə məlumat xarakterli bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması;
    3.  “digər sistemlərlə inteqrasiya” modulu vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən digər informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya proseslərinin həyata keçirilməsi;
    4.  “sığorta” modulu vasitəsilə sığorta müqaviləsinin bağlanılması üçün tələb olunan məlumatların daxil edilməsi, sığorta, təkrarsığorta müqavilələrinin elektron sənəd formasında tərtibi, bu müqavilələrdə dəyişiklik edilməsi;
    5.  “qiymətləndirmə və zərərin yoxlanılması” modulu vasitəsilə məlumatların təhlili, risklərin qiymətləndirilməsi, zərərin yoxlanılması və miqdarının dəqiqləşdirilməsi, sığorta haqlarının, sığorta ödənişlərinin və xərclərinin müəyyənləşdirilməsi;
    6.  “ekspert” modulu vasitəsilə riskin və ya zərərin dəqiqləşdirilməsi və sığorta hadisəsinin araşdırılması üçün ekspert-lərin təyin edilməsi, riskin və ya zərərin müəyyənləşdirilməsi və sığorta hadisəsi barədə məlumatların daxil edilməsi, müstəqil ekspert fəaliyyəti üzrə proseslərin həyata keçirilməsi, ekspertlərin qiymətləndirilməsi;
    7.  “maliyyə və ödəniş” modulu vasitəsilə elektron formada (“ASAN ödəniş” sisteminə keçid verilməklə) hesablaşmaların və ödəniş proseslərinin həyata keçirilməsi;
    8.  “hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların alınması;
    9.  “inzibatçılıq” modulu vasitəsilə sistem məlumatlarının, metadataların daxil edilməsi, sahibin və operatorun funksiyalarına uyğun olaraq əməkdaşlara səlahiyyətlərin verilməsi;
    10.  “şikayət” modulu vasitəsilə şikayətlərin (ərizələrin, təkliflərin) qəbulu və aidiyyəti üzrə yönəldilməsi;
    11.  “proseslərin emal edilməsi” modulu vasitəsilə zəruri araşdırmaların aparılması, məlumatların toplanılması, emalı, saxlanılması, düzəlişlərin edilməsi və təsdiq olunması.

 

 

  1.  ASİS-in texniki-texnoloji infrastrukturu

 

  1.  ASİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
    1.  proqram-texniki vasitələr və proqram təminatı;
    2.  telekommunikasiya kanalları;
    3.  ASİS-in əsas və ehtiyat mərkəzləri;
    4.  ASİS-in informasiya ehtiyatı və onun idarəetmə paneli;
    5.  mobil tətbiq;
    6.  ASİS-in test mühiti.
  2.  Proqram-texniki vasitələr və proqram təminatı ASİS-in bu Əsasnamənin 1.4-cü bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin ASİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.
  3.  ASİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət (o cümlədən elektron xidmət) göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.
  4.  Ehtiyat mərkəz ASİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə ASİS-də formalaşdırılan, ASİS-ə daxil edilən və göndərilən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.
  5.  ASİS-də formalaşdırılan, ASİS-ə daxil edilən və göndərilən məlumatlar ASİS-in informasiya ehtiyatında saxlanılır.
  6.  ASİS-in idarəetmə paneli informasiya ehtiyatlarının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatlarından istifadəni təmin edir.
  7.  ASİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
  8.  ASİS istifadəçilərin identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur.
  9.  ASİS üzrə məlumatların təhlükəsiz şəkildə daxil edilməsi, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalıdır. ASİS istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

 

  1.  ASİS-ə informasiya sistemlərinin inteqrasiyası

və məlumat mübadiləsinin təşkili

 

  1.  ASİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi EHİS vasitəsilə real vaxt rejimində həyata keçirilir.
  2.  ASİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
  3.  ASİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların ASİS-ə daxil edilməsi əl ilə həyata keçirilir.

 

  1.  ASİS-in sahibinin funksiyaları

 

6.1. Sahib ASİS-in fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

6.1.1. ASİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işlərin layihələrə, texniki normalara, standartlara və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət edir;

6.1.2. ASİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənir, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq edir;

6.1.3. ASİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin edir;

6.1.4. qanunvericiliklə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları ASİS-ə daxil edir;

6.1.5. ASİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlərin görülməsinə, məlumatların aktu-allığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir;

6.1.6. tələb edilən sənədlər barədə məlumat dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatın ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görür;

6.1.7. ASİS-in dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edir;

6.1.8. ASİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparır;

6.1.9. öz fəaliyyətinə nəzarət məqsədilə ASİS-ə giriş üçün Himayəçilik Şurasının üzvləri olan qurumlara, habelə ASİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri şərait yaradır;

6.1.10. ASİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edir;

6.1.11. ASİS-də dəyişikliklər təkmilləşdirmələr aparılması üçün operatora təkliflər verir və onların həyata keçirilməsinə nəzarət edir;

6.1.12. aqrar sığortaya dair qanunvericiliklə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

 

  1.  Operatorun funksiyaları

 

7.1. Sahib ASİS-in fəaliyyətini təmin etmək üçün operatora aralarında bağlanılmış müqaviləyə əsasən aşağıdakı funksiyaların tam və ya qismən həyata keçirilməsini həvalə edir:

7.1.1. ASİS-in idarə olunmasını təşkil edir və ASİS-in funksional imkanlarının artırılması istiqamətində tədbirlər görür;

7.1.2. ASİS-i EHİS-ə inteqrasiya edir, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirir;

7.1.3. ASİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin edir;

7.1.4. ASİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görür, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin edir, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görür;

7.1.5. ASİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin edir, təkmilləşdirilməsi üçün tədbirlər görür;

7.1.6. ASİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin edir, təkmilləşdirilməsi üzrə profilaktik işlər aparır;

7.1.7. sahibin təklifləri əsasında ASİS-də dəyişikliklər edilməsi və təkmilləşdirmələrin aparılması üçün tədbirlər görür;

7.1.8. ASİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim edir;

7.1.9. “ASAN ödəniş” sistemi vasitəsilə qəbul edilən ödənişin həyata keçirilməsi barədə istifadəçilərin məlumatlandırılmasını təmin edir;

7.1.10. ASİS-in təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görür, bu mümkün olmadıqda ASİS-in ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin edir;

7.1.11. sahibin adından aqrar sığortalıların əmlak mənafelərinin sığortalanması üçün sığorta müqavilələri bağlayır, sığorta müqavilələrinə aqrar sığortaya dair qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişikliklər edir və ya müqaviləyə xitam verir, habelə bu barədə məlumatları ASİS-ə daxil edir;

7.1.12. aqrar sığorta haqqını hesablayır;

7.1.13. sahib tərəfindən verilmiş əmlakdan və daxil olan vəsaitlərdən Qanunun 9.8-ci maddəsində qeyd edilən məqsədlər üçün istifadə edir;

7.1.14. sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, habelə sığorta hadisələrinin araşdırılması üçün müstəqil ekspertlər təyin edir;

7.1.15. müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir;

7.1.16. ASİS-in parametrlərində dəyişiklik edir və bütün mümkün parametrlər üzrə hesabatlar alır;

7.1.17. aqrar sığortaya dair qanunvericiliklə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

 

8. ASİS-dən istifadə

 

  1.  İstifadəçilər ASİS-dən aşağıdakı istifadə imkanlarına malikdirlər:
    1. aqrar sığortalı:
  1.  elektron kabinetdən istifadə etmək;
  2.  vasitəçi aqrar sığortaçı vasitəsilə ASİS-də qeydiyyatdan keçmək;
  3.  sığorta müqaviləsinin bağlanılması və onda dəyişiklik edilməsi üçün müraciət etmək;
  4.  sığorta müqaviləsi barədə məlumatları izləmək;
  5.  sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı müraciət etmək;
  6.  müstəqil ekspertlərin rəyindən şikayət etmək;
  7.  fərdi məlumatlarında dəyişiklik etmək;
  8.  sığorta kalkulyatorundan istifadə etmək;
  9.  sığorta qaydaları ilə bağlı məlumatları əldə etmək;
  10.  müraciətlərinin icrasını izləmək;
    1.  müstəqil ekspert:
  1.  elektron kabinetdən istifadə etmək;
  2.  göstərdiyi xidmətlər və xidmətlərə görə haqq barədə məlumatları daxil etmək;
  3.  fərdi məlumatlarında dəyişiklik etmək;
  4.  sığorta predmeti ilə bağlı olan risklər üzrə sığorta qaydaları ilə müəyyən edilən məlumatları daxil etmək;
  5.  həyata keçirdiyi risk təhlillərini və hazırladığı rəyləri daxil etmək;
  6.  müəyyən etdiyi zərər barədə məlumatları daxil etmək;
  7.  sığorta kalkulyatorundan istifadə etmək;
  8.  sığorta qaydaları ilə bağlı məlumatları əldə etmək;
  9.  daxil etdiyi məlumatları izləmək;
    1.  vasitəçi aqrar sığortaçılar:
  1.  sığorta müqavilələrinin bağlanılması üçün aqrar sığortalının məlumatlarını daxil etmək;
  2.  sığorta müqavilələrində dəyişiklik edilməsi və ya müqavi-lələrin ləğv edilməsi barədə məlumatları daxil etmək;
  3.  sığorta müqavilələri üzrə prosesləri izləmək;
  4.  apardığı əməliyyatlar, habelə daxil etdiyi məlumatlar üzrə müxtəlif parametrlərə görə statistik məlumatları və hesabatları əldə etmək;
  5.  aqrar sığortalının müraciətinə əsasən zərər barədə məlumatları daxil etmək;
  6.  əməkdaşlarına və vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağladığı sığorta agentlərinə öz funksiyaları çərçivəsində ASİS-də əməliyyatların aparılması üçün səlahiyyət vermək;
  7.  sığorta kalkulyatorundan istifadə etmək;
  8.  sığorta qaydaları ilə bağlı məlumatları əldə etmək.
    1.  ASİS-dən istifadə onun internet informasiya ehtiyatı üzərindən elektron kabinetlər vasitəsilə həyata keçirilir. İstifadəçilər ASİS-də yaradılan elektron kabinetlərindən Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirildikdən sonra istifadə edirlər.
    2.  İstifadəçilər identikləşdirildikdən sonra elektron kabinetlərində açıq məlumatlarla, habelə özlərinə aid məlumatlarla tanış ola və onları çap edə, habelə həmin məlumatların gücləndirilmiş elektron imza ilə imzalanmış elektron variantlarını əldə edə, elektron xidmətlərdən istifadə edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.
    3.  İstifadəçilər, həmçinin ASİS-də yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanılan məlumatlarda dəyişiklik olunmasını təklif edə, habelə həmin məlumatlardan istifadə olunması barədə məlumatları (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) əldə edə (onlarla tanış ola) bilərlər.
    4.  Sığorta müqavilələri ASİS-də yaradılan elektron kabinetlərdə elektron sənəd formasında tərtib olunaraq bağlanılır. İstifadəçilər ASİS-də yaradılan elektron kabinetləri vasitəsilə göndərdikləri müraciətləri, habelə bağladıqları müqavilələri gücləndirilmiş elektron imza ilə təsdiq edirlər.
    5.  İstifadəçilərin elektron kabinetlərində özləri barədə olan məlumatlarda etdikləri dəyişikliklər münasibət bildirilməsi üçün ASİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə aidiyyəti dövlət qurumlarına göndərilir.
    6.  ASİS-də həyata keçirilən elektron xidmətlərdən istifadə “Elektron hökumət” portalı vasitəsilə (elektron kabinetdə “Elektron hökumət” portalının internet informasiya ehtiyatına keçid verilməklə), ödənişlərin edilməsi isə “ASAN ödəniş” informasiya sistemi vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” informasiya sisteminin internet informasiya ehtiyatına keçid verilməklə) həyata keçirilir.
    7.  “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı”nda (bundan sonra – Siyahı) qeyd edilən məlumatlar istifadəçilərin ASİS-ə daxil etdikləri (elektron kabinetlərində olan) məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə EHİS vasitəsilə ASİS-ə ötürülən məlumatlar əsasında istifadəçilərə göndərilir.
    8.  Siyahıda qeyd edilən məlumatlar EHİS vasitəsilə ASİS-ə daxil olduqda, həmin məlumatlar ASİS tərəfindən real vaxt rejimində istifadəçilərin elektron kabinetlərində yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə) və bu barədə onların elektron ünvanlarına (olduğu halda) və mobil telefon nömrələrinə qısa mesaj – SMS vasitəsilə məlumatlar göndərilir.
    9.  SMS-in göndərilməsinin nəticələri barədə məlumatlar ASİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə aidiyyəti dövlət qurumlarına ötürülür. Həmçinin, SMS-in istifadəçilərə çatdırıldığı vaxt barədə məlumatlar onların elektron kabinetlərində yerləşdirilir və elektron ünvanlarına (olduğu halda) göndərilir.
    10.  Sahib tərəfindən istifadəçinin ASİS-in məlumatlarına giriş hüquqları aşağıdakı hallarda məhdudlaşdırılır:
      1.  ASİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
      2.  bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2020-ci  il  6  iyul

tarixli 238 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

2 nömrəli əlavə

 

Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması

nəzərdə tutulan məlumatların

 

SİYAHISI

 

  1.  Bu Siyahı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.3-cü maddəsinə əsasən hazırlanmışdır və “Aqrar sığorta” informasiya sisteminə (bundan sonra – ASİS) inteqrasiya edilməli olan informasiya sistemlərinin və onlardan əldə olunan məlumatların siyahısını müəyyən edir.
  2.  Aşağıda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən ASİS-ə inteqrasiya olunur və ya bu dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda məlumatlar əl ilə daxil edilir:
    1.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
      1.  fiziki şəxsin fərdi identifikasiya nömrəsi;
    2.  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
      1.  fiziki şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri üzrə qeydiyyat ünvanı və şəxsiyyət vəsiqəsi üzrə digər məlumatları;
    3.  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
      1.  hüquqi şəxslərin tam adı, VÖEN-i, VÖEN-in verilmə tarixi, qanuni təmsilçilərinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;
      2.  vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin soyadı, adı, atasının adı, VÖEN-i və VÖEN-in verilmə tarixi;
      3.  kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər məlumatlar), coğrafi koordinatları, ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırıl-ması), hüquq sahibləri haqqında məlumatlar;
    4.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
      1.  sahədə əkilən bitkilər və bitkiçilik məhsulları haqqında məlumatlar;
      2.  torpaq sahəsinin əkin aparılan hissəsinin coğrafi koordinatları;
      3.  əkinin tipi (dəmyə-suvarma) haqqında məlumatlar;
      4.  eyni ildə əkinin sayı (yazlıq, payızlıq) haqqında məlumatlar;
      5.  növbəti əkin mövsümündə əkiləcək bitki haqqında məlumatlar (proqnoz);
      6.  bitki və heyvan xəstəlikləri barədə məlumatlar;
      7.  heyvanların müayinəsi, müalicəsi, profilaktikası və lizinqə verilməsi barədə məlumatlar;
    5.  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:
      1.  kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların cinsi, doğum tarixi, növü barədə məlumatlar və identikləşdirilməsi üçün istifadə edilən məlumat və göstəricilər;
    6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
      1.  hava və iqlim şəraiti barədə məlumatlar;
    7.  Azərbaycan Respublikasının Mərkəzi Bankı:
      1.  qeyri-həyat sığorta sahəsi üzrə fəaliyyət göstərmək üçün müvafiq lisenziyalar və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin reyestr məlumatları.
    8.  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:
      1.  aqrar sığorta predmetinə zərər dəyməsi ilə nəticələnən yanğınlar haqqında məlumatlar;
      2.  aqrar sığorta üzrə təminat verilən risklərin baş verməsi səbəbindən aqrar sığorta predmetinə zərər dəyməsi ilə nəticələnən digər fövqəladə hallar haqqında məlumatlar;
    9.  Azərbaycan Milli Elmlər Akademiyası:
      1.  seysmoloji məlumatlar;
    10.  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti:
      1.  su kadastrı məlumatları;
      2.  suvarılan torpaq sahələri haqqında məlumatlar;
      3.  meliorasiya və irriqasiya şəbəkələri haqqında məlumatlar;
      4.  hidrotexniki qurğular haqqında məlumatlar;
      5.  nasos stansiyaları haqqında məlumatlar;
      6.  subartezian quyuları haqqında məlumatlar;
      7.  şoranlaşma və şorakətləşmə vəziyyəti haqqında məlumatlar. 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə