Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin bu sərəncamı media ictimaiyyətinə verilən yüksək dəyərdir

Milli mətbuatımızın 145 illik yubileyini bayram edəcəyimiz günə az qalır. Təəssüf ki, dünyada tüğyan edən qlobal pandemi­ya bu aydan da yan keçmədi. Düşünürəm ki, mətbuatımızın 145 illik yubileyi qlobal pandemiya dövrünə düşməsəydi, tədbirlər daha çox olacaqdı...

Bu fikirləri “Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camal bildirib.

A.Camal qeyd edib ki, Azərbaycan Milli Mətbuatının 145 illiyinin pandemi­ya dövrünə təsadüf etməsi jurnalistlər üçün təəssüfedici hadisədir. Lakin hazırda ən vacib məsələ ölkədə koro­navirus təhlükəsində medianın fəallığı, jurnalsitlərin isə ən azı həkimlər qədər bu məsələdə cəmiyyəti maarifləndirən tərəf olmasıdır. Bu baxımdan, dövlət başçısının Milli Mətbuatımızın 145 illiyinin keçirilməsi barədə sərəncamı təqdirəlayiqdir. Prezident jurnalistlərin ölkənin ictimai yükünü aparan əsas insanlar olduğunu qiymətləndirir və bu günün onlar üçün əhəmiyyətini dəyərləndirir. Ona görə də indiki şəraitdə, koronavirus pandemiyasının ölkəmizdə kəskin şəkildə artdığı bir vaxtda Prezi­dentin Milli Mətbuatın 145 illiyinin ölkə səviyyəsində qeyd olunması barədə sərəncamını Azərbaycanın mətbuat tarixinə və çağdaş mediaya verilən qiymətin meyarı saymaq olar.

Son dövrlərdə dünyanın çağırışları­na uyğun olaraq media sahəsinə yeni yanaşma və yeni nəfəsin gətirilməsi ilə bağlı atılan addımlar təqdir olun­malıdır. Bu sırada, KİVDF rəhbərliyinin yenidən formalaşdırılmasından sonra yenidən bu qurumun fəaliyyətində baş verən keyfiyyət dəyişikliklərini qeyd edə bilərəm. Xüsusilə, qəzetlərin layihələrinin maliyyələşdirilməsində, həmçinin elan olunan jurnalist yazıları müsabiqəsində müəyyən edilən yeni kriteriyalar gerçək və professional media cameəsi tərəfindən rəğbətlə qarşılanır. Sərəncamda bildirilir ki, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan, cənab Prezidentin pande­miya dövründə verdiyi bu sərəncamı media ictimaiyyətinə verilən yüksək dəyər hesab edirəm.

A.Camal əlavə edib ki, dünyanı əhatə edən bu neqativ vəziyyətdən asılı olmayaraq mətbuatımızın 145 illik yubi­leyinin layiqincə keçiriləcəyinə inanırıq. Əminik ki, bu çətin dövrə düşməsinə baxmayaraq Milli Mətbuat Günü me­dia nümayəndələri üçün əsl bayrama çevriləcək.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

8 2020 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə