Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Dardanel boğazında gəmilərin hərəkətinə məhdudiyyət qoyub

Türkiyənin Hallipoli yarımadasında baş verən meşə yanğınlarına görə Türkiyə hökuməti Dardanel boğazında gəmilərin hərəkətinə məhdudiyyətlər qoyub.

Qeyd edək ki, bu boğaz Qara dənizlə Aralıq dənizini birləşdirir.

Rusiyanın “Transneft” şirkətindən bildiriblər ki, Novo­rossiysk limanından gedən gəmilər Dardanel boğazından sərbəst keçirlər.

“Hürriyyət” qəzetinin yazdığına görə, meşə yanğınları Çanaqqala əyalətində, Aralıq dənizi girişinin yaxınlığında, yarımadanın Avropa hissəsindədir.

Alov 300 hektar ərazini əhatə edir. Meşə yanğınları ilə mübarizəyə 400 nəfər yanğınsöndürən və 20 helikopter cəlb edilib.

“Sabah” qəzetinin yazdığına görə, yaxınlıqdakı üç kəndin sakinləri təxliyyə edilib.

RİA “Novosti”nin məlumatına görə, alovla mübarizə üçün Rusiya Türkiyəyə 2 “amfibiya” təyyarəsi göndərib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

8 2020 00:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə