Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alp dağlarına narıncı rəngdə qar yağıb

Alp dağlarında yerləşən İtaliyanın məşhur “Prezena” dağ xizəksürmə kurortuna narıncı rəngdə qar yağıb.

Bu hadisə dünyanın müxtəlif yerlərində yaşayan alimləri, təbiətsevərləri, turistləri və ekoloqları ciddi narahat edib. Ha­zırda mütəxəssislər bu anamoliyanın səbəblərini araşdırırlar. Xizəksürmə yeri də narıncı rəngdədir.

Ekoloqlar bu hadisəni ciddi ekoloji fəlakətin başlanğıcı hesab edirlər. Bəzi alimlər bunu iqlim dəyişkənliyi, bəziləri isə möcüzə adlandırırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

8 2020 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə