Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Viktoriya ştatında altı həftəlik təcrid rejimi tətbiq edilir

“Sky News” xəbər verir ki, koronavirus pande­miyasının (COVID-19) yenidən artması ilə əlaqədar olaraq Avstraliyanın Viktoriya ştatının Melburn və daha bir neçə şəhərində altı həftəlik təcrid rejimi tətbiq edilir.

Mənbə qeyd edir ki, bu barədə Viktoriya ştatının Baş naziri Deniel Endryus məlumat verib. Onun sözlərinə görə, bu şəhərlərdə və ətraf ərazilərdə yaşayan əhaliyə iki nəfərdən çox toplaşmaq, qonaq getmək və həmin zonanı tərk etmək qadağan edilib. Bundan başqa, iaşə müəssisələri yalnız evlərə çatdırılma xidməti göstərəcək. Təhsil müəssisələrində məşğələlər dayandırılıb və dərslər distant rejiminə keçirilib. Həmçinin mağaza və gözəllik salonlarının fəaliyyətinə müştəri sayı və sosial məsafə ilə bağlı məhdudiyyətlərlə icazə verilib.

Bildirilir ki, karantin rejimi tətbiq olunan zonalarda yaşayan əhali evlərini yalnız işə, həkimə və mağazaya getmək, həmçinin idmanla təklikdə məşğul olmaq üçün tərk edə bilərlər.

Qeyd edək ki, iyulun əvvəlindən başlayaraq Melburn və ətraf yaşayış məntəqələrində çıxışa məhdudiyyətlər qoyulub. Viktoriya və Yeni Cənubi Uels ştatları arasında sərhəd gecə yarısından bağlanacaq. Bundan sonra Yeni Cənubi Uelsdən Viktoriya ştatına qayıdanlar iki həftəlik karantin rejimində qalmalı olacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

8 2020 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə