Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

İyulun 8-də

Bakıda və Abşeron yarımadasında günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, Gecə 22-26, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30- 40 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcəyə çatacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 17-22, gündüz 35-39 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən- Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13- 18 , gündüz 25-30 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 20-23, gündüz 32-37, dağlarda gecə 20-22, gündüz 25-30 dərəcə isti olacaq.

 

8 2020 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə