Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yankauskas: Azərbaycan qazı Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək

Trans-Adriatik boru kəməri (TAP) layihəsinin başa çatmasından sonra 2020-ci ilin sonunda Avropa bazarlarına tədarük başlayanda Azərbaycan qazı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli ticarəti artırmağa imkan verəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ikitərəfli ticarətin indiki vəziyyətindən danışarkən bildirib ki, İttifaq və Azərbaycn arasında ticarət 2020-ci ilin yanvar-aprel aylarında bir qədər azalıb. Bu, əsasən dünya bazarlarında neftin qiymətlərinin azalması ilə bağlıdır: "Koronavirus pandemiyası ilə əlaqədar səfərlərin məhdudlaşdırılmasına və neft bazarında qiymət müharibələrinə görə neftə və qaza qlobal tələbat kəskin azaldı. Digər ticarət axınları prinsipcə sərhədlərin bağlanmasından asılı deyil. Məhsullar sərbəst şəkildə daşına bilər, ona görə də ciddi çatışmazlıqlar gözlənilmir".

Kestutis Yankauskas qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün ölkələr mühüm problemlərlə üzləşir və bu tələbin azamasında özünü göstərir: "Bu baxımdan ticarət axınarı tələbdən asılı olacaq. Koronavirusun mənfi təsir etdiyi daha bir sahə xidmətlər sahəsidir, məsələn, turizm".

K.Yankauskas ümidvar olduğunu bildirib ki, Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşması ilə beynəlxalq reyslər ciddi təhlükəsizlik və gigiyena qaydalarına əməl etməklə bərpa olunacaq: "Aİ ilə Azərbaycan arasında aviasiya sazişini yenidən nəzərdən keçirmək olar. Bu, Aİ ölkələrindən çoxlu sayda turistin cəlb olunması üçün faydalı ola bilər".

Aİ rəsmisi əlavə edib ki, neft və qaz, eləcə də nəqliyyat və logistika kimi ənənəvi sahələrlə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına investisiyalar və enerji səmərəliliyinin artırılması, təhisl və peşəkar tədris, eləcə də səhiyyə və iqtisadiyyatın şaxələndirilməsi də əməkdaşlığın vacib hissələridir və bu, post-pandemiya dövründə dünyada çox vacib amil olacaq: "Mən, həmçinin hesab edirəm ki, insanlar arasında təmas vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq bizə bir-birimizi daha yaxşı tanımağa və münasibətlərimizdə etimad və dayanıqlığı möhkəmləndirməyə kömək edəcək".

                                                                   

 

7 2020 15:23 -

Köhnə versiyamızdan xəbərləri izlə