Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanğın hadisəsi baş verib

6 iyul 2020-ci il tarixində Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində  baş verən yanğın sonradan külək nəticəsində Qızılağac Milli parkının ərazisinə keçib. Yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, havaların isti və quraq keçməsi ilə əlaqədar  ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

7 2020 14:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə