Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək

Xəbər verildiyi kimi, iyulun 6-da  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəisndə ölkəmizi əhatə edən bütün məsələlərdən, o cümlədən Ermənistan–Azərbaycan, Dağqlıq Qarabağ münaqişəsindən, bu istiqamətdə görülən işlərdən, işğalçı ölkədəki son vəziyyətdən, hazırda burada faşist ideologiyasına  göstərilən hüsn –rəğbətdən söhbət açıb.

Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov dövlət başçısının müsahibəsinə münasibət bildirərkən dedi:

- Ölkə başçısı həmişəki kimi, bu dəfə də  münaqişənin nizamlanması ilə əlaqədar qəti mövqeyini ortaya qoydu və bildirdi ki, bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir və  tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı bu məsələ ilə bağlı kifayət qədər açıqlamaları olduğunu  xatırlatdı və bunları beynəlxalq tədbirlər çərçivəsində səsləndirdiyni bildirdi.  Ona görə dövlətimizin ortaya qoyduğu bu mövqedə  hər hansı bir dəyişiklikliyin olması mümkünsüzdür.  Prezident bir daha bəyan etdi ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bildirdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir.

Prezident ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatların müxtəlif dövrlərdə, o cümlədən son  vaxtlar açıq-aydın ifadələr işlətdiyini, qərarlar, qətnamələr qəbul etdiklərini bir daha diqqətə çatdırdı. Bununla əlaqədar BMT, onun Təhlükəsizlik Şurasının ,  Baş Assambleyasının, Qoşulmama Hərəkatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının, NATO və digər təşkilatların qətnamələr qəbul etdiyini xatırlatdı.

Bütün beynəlxalq təşkilatlarda, o cümlədən Münhen Təhlükəsizlik Konfransında münaqişənin yaranma səbəbləri,  tarixi ədalət barəsində kifayət qədər açıqlamalar verilib. Artıq dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq qurumlar Ermənistanı rəsmən işğalçı ölkəkimi tanıyırlar. Bu, ilk növbədə, respublikamızın tarixi diplomatik qələbəsidir.

K.Seyidov bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tez-tez Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və "Qarabağ Ermənistandır” -- deməsi bu adamın beynəlxalq məsələlərdən bixəbər olmasından xəbər verir. Dövlətimizin başçısı  da işğalçı ölkənin baş nazirinin bu sərsəm fikrinə cavab verib: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Təəsüüf edirik ki, hələ də ikili standartlar  “xəstəliyindən” sağala bilməyən və siyasi riyakarlıqdan əl çəkmək istəməyən  bir sıra beynəlxalq təşkilatlar işğalçı ölkənin baş nazirnin bu sərsəm bəyanatlarına laqeyd münasibət göstərir, işğalçını öz adı ilə çağırmağa cəsarət etmir.

Ermınistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsəıdrlərinin susqunluq nümayiş etdirmələri də təəccüb doğurur. Dövlətimizin başçısı da yerli telekanallara müsahubəsində bu məsələni diqqqətə çatdıraraq dedi ki, Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir.  Ölkə başçısı Ermənistan tərəfinin iki ildir danışıqların formatını dəyişmək istəyini, Nikol Paşinyanın  “Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta,  “liderləri” ilə danışıqlar aparmalıdır” -- cəfəng iddiasını diqqətə çatdırdı.  Bu vaxta qədər işğalçı ölkənin beynəlxalq hüquq normalarına zidd olan bu tələbinə cavab verilməməsi siyasi riyakarlığın və ikili standartların nəticəsidir.

Təbii ki, Ermənistanın baş nairnin "Qarabağ Ermənistandır” -- deməklə, tamamilə danışıqların mahiyyətini yerə vurmasının qarşısı dərhal alınmalı idi. Onun  "Formatı dəyişmək lazımdır”- fikri isə danışıqları əhəmiyyətsiz etdi. Göründüyü kimi,  bu adam beynəlxalq məsələlərdən, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən  tamamilə bixəbərdir.  Dövlət başçısı ikili standartlar nümayiş etdirən beynəlxalq təşkiatları sərt tənqid etdi. Dedi ki, qondarma Dağlıq Qarabağ respublikasının  saxta prezident Şuşada andiçmə mərasimi keçirib. Niyə bu özbaşınalıqlara, beynəlxalq hüquqa  hörmətsizliyə  adekvat reaksiya verilmir? Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə  “seçkisi” olub, Şuşada toy-bayram keçirilib.Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir.

Partiya sədri daha sonra dedi: “Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan haqqın tərəfindədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda , həm də döyüş meydanında göstərmişik.  Yəqin ki, 2016- cı ilin Aprel döyüşləri Ermənistanın  yadından çıxmayıb. Görünür, Ermənistan tərəfi hələ də dərk etmir ki, bu dəfə Azərbaycan Ordusundan  canını qurtara bilməyəcək”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

7 2020 14:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə