Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA-dan ÇL-lə bağlı vacib qərar

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.

Sportline.az "AS" nəşrinə istinadən xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib. Bu barədə iyulun 10-da rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar verib.

Xatırladaq ki, 1/8 finalın cavab matçında "Mançester Siti" "Real"ı (ilk oyun -2:1), "Yuventus" "Lion"u (ilk oyun - 0:1), "Barselona" "Napoli”ni (ilk oyun 1:1), "Bavariya" isə "Çelsi"ni (ilk oyun -3:0) qəbul edəcək.

Salman MUSAOĞLU?
“Xalq qəzeti”

7 2020 14:03 - İDMAN
İDMAN
11 Avqust 2020 | 22:41
Mövsümün ən yaxşısı
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə