Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ “TikTok” şübhəsi özünü doğruldacaqmı?

ABŞ Çinə məxsus TikTok proqramının bloka alınmasını müzakirə edir.

Xarici KİV-də yayılan xəbərdə bildirilir ki, bu barədə dövlət katibi Mayk Pompeo açıqlama verib: “İnsanların Çinə məxsus yükləmələri smartfonlarına endirməsinə gəlincə, bu məsələni diqqətlə izləyirik”.

Pompeo Çin texnologiyalarının ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu söyləyib. Hazırda ABŞ-da 30, dünyada 700 milyon TikTok istifadəçisi var. Rəsmi Vaşinqton TikTok proqramının Çinin xeyrinə casusluq etdiyini və şəxsi məlumatları oğurladığını iddia edir.

R.TAHİR,
“Xalq qəzeti”

7 2020 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə