Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəncirvari yoluxmanı qırmaq üçün karantin rejiminin uzadılması vacibdir

COVID-19 infeksiyası  hələ də bəşəriyyəti qorxu altında saxlamaqda davam edir. Bu virusun yayılmağa başladığı ilk gündən , xüsusilə,  panemiyanın  ölkəmizin başı üzərini aldığı dövrdən  dövlət başçısının rəhbərliyi ilə  çevik və bütün isytiqamətlər üzrə mühüm əhəmiyyətli  tədbirlər həyata keçirilməyə başlandı. Koronavirusla mübarizədə virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun  pandemiya ilə  səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet vəzifə kimi qarşıya qoyuldu.

Bəşəriyyyəti qorxuya salmış  koronavirusla mübarizədə  vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi də əsas vəzifələrdən biri kimi qarşıya qoyuldu və bu istiqamətdə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir. Son vaxtlar əhalinin , demək olar ki, böyük əksəriyyəti tibbi maskalardan istifadə edir, sosial məsafə saxlayır,  hər kəs özünü və ətrafı qoruyur və karantin rejiminin sərtləşdirilməsinin vaxtının uzadılması ilə razılaşır. Çünki son vaxtlar virusa yoluxanların sayında artımın müşahidə olunması ciddi təşviş yaradıb. Bu baxımdan, zəncirvari yoluxmanı qırmaq üçün karantin rejiminin uzadılması vacibdir.

Onu da qeyd edim ki, koronavirus tək Azərbaycana aid olan problem deyil və hazırda bütün dünya bundan ciddi əziyyət çəkir. Hazırda bəşəriyyət  virusla mübarizə aparır. Yoluxma hallarınada  növbəti artıma gəlincə, bu,  təkcə Azərbaycanda baş vermir, bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir. Hətta inkişaf etmiş  ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma sayının artımı ilə üzləşiblər. Çünki karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır və bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalırlar.

Ümumdünya Səhiyyə Təşkilatının, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb.

Pandemiyanın dünya ölkələrində törətdiyi fəsadlara diqqət yetirdikdə, dövlətimizin  intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti  düşünülmüş şəkildə  əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. Hər şeydən əvvəl, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı.

COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanaların  müəyyənləşdirilməsi və qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni Klinika”nın  koronavirus xəstələrinin ixtiyarına verilməsi, bölgələri də əhatə etməklə, ölkədə 2000 çarpayılıq 10 modul  tipli xəstəxananın quraşdırılmasına başlanılması dövlət başçısının əhalinin sağlamlığının diqqət mərkəzində saxladığının göstəricisidir. Artıq modul tipli  xəstəxanalardan  altısı  istifadəyə verilib.

Qısa müddətdə ən müasir standartlara cavab verən laboratoriyalar alındı və onların sayı 26-ya çatdırıldı. Bununla yanaşı, bütün tibb müəssisələrinin texniki təminatı, xüsisi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirliməsi, 20 mindən artıq vətəndaşımızın ölkəyə qaytarılması təmin edildi, 4-5 ulduzlu otellərdə karantin təşkil olundu. Bütün bunlar bir daha təsdiqləyir ki, koronavirusla mübarizə düşünülmüş şəkildə aparılır. Bunun əsas məqsədi insanların sağlamlığının qorunmasının prioritet təşkil etməsidir. Bu məqsədlə ölkəmizdə qoruyucu vasitələrin, dezinfeksiya məhlullarının istehsalının təşkil olunması və qısa müddətdə bu sahədə olan problemin  aradan qaldırılması da xüsusi qeyd olunmalıdır. Artıq ölkəmizdə kifayət qədər tibbi maska və qoruyucu vasitələr ehtiyatı var. Məhz bu düşünülmüş qabaqlayıcı  tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Hazırda ölkəmiz dünya dövlətləri arasında pandemiyadan ən az zərər çəkənlər sırasındadır.

Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü mühüm əhəmiyyətli  işlər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib.

Bu gün hamımızı narahat edən məsələ yoluxmaların sayının hələ də yüksək səviyyədə qalmasıdır. Karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Əgər insanlar qaydalara əməl etməzsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq. Bütövlükdə, Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılayır, məsuliyyət, nizam-intizam göstərir. Bununla yanaşı, hələ də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq.

Hər bir kəs dərk etməlidir ki, biz koronavirusla “müharibədəyik” və qalib çıxmağımız üçün hamımız  birlikdə mübarizə aparmalı, həmrəylik nümayiş etdirməliyik. Bu mübarizədə hər birimizdən  əsas  üç məsələyə əməl etmək tələb olunur:  tibbi maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena qaydalarına ciddi əməl etmək. İnamıram ki, biz birlikdə olnaqla bu mübarizədən də qalib çıxacağıq.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

7 2020 12:02 -

Köhnə versiyamızdan xəbərləri izlə