Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Operativ Qərargah: Azərbaycanda koronavirusa daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 397 nəfərdir.

Ötən müddət ərzində 522 min 773 test aparılıb. Bugünkü test sayı isə 6 min 240-dır.

7 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə