Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№  237     Bakı şəhəri, 6  iyul 2020-ci il 
 
Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi  qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;
2.2. qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır;
2.3. hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.   
3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci  il  6 iyul  tarixli 237 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

          Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri

qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları

 

Qida qəbulu zalları

Restoranlar üçün adambaşına düşən sahə (m2)

Yeməkxanalar üçün adambaşına düşən sahə (m2)

Kafelər, qəlyanaltılar, gənclər və uşaqlar üçün kafelər (fast-food) üçün adambaşına düşən sahə (m2)

Barlar üçün adambaşına düşən sahə (m2)

Ali təhsil müəssisələrinin yeməkxanaları üçün adambaşına düşən

sahə (m2)

100 nəfərə qədər

100 nəfərdən sonrakı hər adam üçün əlavə

50 nəfərə qədər

50 nəfərdən sonrakı hər adam üçün əlavə

50 nəfərə qədər

50-200 nəfər arası hər adam üçün əlavə

200 nəfərdən sonrakı hər adam üçün əlavə

50 nəfərə qədər

50 nəfərdən sonrakı hər adam üçün əlavə

100 nəfərə qədər

100 nəfərdən sonrakı hər adam üçün əlavə

Özünəxidmət

-

-

4,72 m2

4,24 m2

3,84 m2

3,92 m2

3,82 m2

4,24 m2

3,76 m2

4,28 m2

4,16 m2

o cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda

-

-

7,2 m2

3,6 m2

6,4 m2

3,2 m2

3,2 m2

3,2 m2

3,2 m2

3,6 m2

3,6 m2

Xörəkpaylayan-lar vasitəsilə xidmət

5,08 m2

4,4 m2

-

-

3,64 m2

3,5 m2

3,5 m2

3,84 m2

3,36 m2

-

-

o cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda

3,6 m2

3,6 m2

-

-

2,8 m2

2,8 m2

2,8 m2

-

-

-

-

o cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda

-

-

-

-

-

-

-

2,8 m2

2,8 m2

-

-

                   

 

                                           

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə