Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koreyada elektrobus istehsal edilib

Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan ilk elektrik mikroavtobus ictimaiyyətə təqdim olunub. “Techcult” saytının məlumatına görə, “Hyundai County” adlı nəqliyyat vasitəsi şirkətin istehsal tarixində elektrik mühərriklə təchiz edilən ilk mikro elektrobusdur.

Məlumata görə, elektrobus 128 kilovattlıq güclü litium-ion polimer akkumulyatora malikdir. Akkumulyatorun bir dəfə enerji ilə tam doldurulması 250 kilometrlik məsafəni qət etməyə kifayət edir. Xüsusi qurğu sayəsində akkumulyatoru 72 dəqiqəyə enerji ilə doldurmaq mümkündür. Lakin adi ev şəraitində bunun üçün 17 saat tələb olunacaq.
Bildirilir ki, avtobusun sərnişin tutumu modeldən asılı olaraq 15-33 nəfər arasında dəyişir. Sürücünün oturacağı ventilyasiya və isitmə sistemi ilə təchiz edilib. Sürücü, həmçinin 7 düymlük sensor ekranla təchiz edilmiş cihaz panelindən və avtobus haqqında əlavə informasiyanı əks etdirən 4,2 düymlük daha iki ekrandan istifadə edəcək.
Qeyd edilir ki, avtobus ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Belə ki, qapı yerində yerləşən sensorlar sərnişinlərin minməsi və ya düşməsi zamanı qapıların bağlanmasına imkan vermir. Sıxılma baş verəcəyi təqdirdə qapılar avtomatik açılacaq. Bundan əlavə, sərnişin avtobusa tam daxil olduqdan və ya onu tam tərk etdikdən sonra yola düşəcək.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

6 2020 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə