Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillik dərəcəsinin verilməsi dayandırılmayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov mediaya açıqlamasında bildirib ki, əlillik dərəcəsinin verilməsinin dayandırılması barədə yayılan xəbərlər əsassızdır.

F.Talıbov daha sonra qeyd edib ki, səhiyyə müəssisəsi tərəfindən hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsi üçün elektron sistemə daxil edilən bütün göndərişlərə qısa müddətdə baxılır: “Buna əsasən də əlilliyin təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Hazırda bu istiqamətdə işlər davam edir. Cari ilin ötən dövründə əlilliyin qiymətləndirilməsi sahəsində görülən işlərlə bağlı isə KİV-ə məlumat veriləcək”.

Qeyd edək ki, 2020-ci ilin martından əlillik dərəcəsinin verilməsinin dayandırıldığı barədə məlumatlar yayılmışdı.

R.TAHİR,
“Xalq qəzeti”

6 2020 15:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə