Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada leysan yağışlarının qurbanlarının sayı 30 nəfərdən çoxdur

Yaponiyanın cənub-qərbində yağan güclü yağışların səbəb olduğu daşqınların və torpaq sürüşmələrinin nəticəsində 30-dan çox insan həyatını itirib.

Yaponiyanın ictimai televiziyasının yaydığı xəbərdə bildirilib ki, 16 nəfərin ölümü artıq həkimlər tərəfindən rəsmi olaraq təsdiqlənib, 17 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 13 nəfər itkin düşmüş sayılır.

 

Ən ağır vəziyyət bir neçə çayın bir anda daşaraq, geniş əraziləri su altında qoyduğu Kumamoto prefekturunda yaranıb. Prefekturada qocalar evini su basıb - əraziyə gələn xilasedicilər 14 nəfərin cəsədini çıxara biliblər. Daha sonra qocalar evinin 50 nəfər sakini və müəssisənin işçiləri xilas edilib.

Son məlumatlara görə, maksimal - beşinci səviyyəli təhlükənin davam etdiyi Kumamoto və Kagoşima prefekturalarında 200 mindən çox insan evakuasiyası tələb olunur.

5 2020 11:21 -

Köhnə versiyamızdan xəbərləri izlə