Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan şahmatçılarının qatılacağı Dünya Kuboku gələn il keçiriləcək

Bu il keçirilməsi planlaşdırılan və təxirə salınan şahmat üzrə qadınlararası Dünya Kubokunun yeni vaxtı bəlli olub. 

FIDE-nin rəsmi saytında yerləşdirilmiş məlumata əsasən,  yarış 2021-ci ilin aprelində olacaq. FIDE təşkilatçılarla yeni müqavilə imzalayacaq. 

Belarusun paytaxtı Minskdəki Dünya Kuboku 10 sentyabr - 3 oktyabrda keçirilməli idi.  

Kişilər arasındakı ənənəvi turnirin vaxtı dəyişməyib, yarış 2021-ci ilin avqustunda Minskdə baş tutacaq. 

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2019-cu ildə keçirilən Dünya Kubokunun qalibi olub.  

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

4 2020 14:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə