Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müşfiq Ələsgərli: Prezidentin yubiley sərəncamı KİV-in bundan sonrakı fəaliyyəti üçün aydın yol xəritəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın yaranmasının 145 illik yubileyi haqqında bugünlərdə imzaladığı sərəncam ölkənin media ictimaiyyətində böyük məmnunluq yaradıb, əlamətdar hadisənin ümumxalq bayramı səviyyəsində qeyd edilməsi üçün müvafiq tədbirlərə stsrt verib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli  qələm yoldaşlarının duyğu-düşüncələrini belə ifadə etdi:

– Dövlət başçısının Azərbaycan professional jurnalistikasının keçdiyi şərəfli yola yüksək qiymət verən, milli mətbuatımızın qarşıdan gələn yubileyinin ölkə miqyasında təntənə ilə qeyd edilməsini nəzərdə tutan sərəncamında, eyni zamanda, mediamızın qarşısında duran önəmli vəzifələr də aydın və yığcam əksini tapıb. Sənəddə Azərbaycanda başlamış köklü islahatlar dalğasının media sahəsində də uğurla getdiyi vurğulanır və dövlətin mətbuatdan gözləntiləri nəzərə çatdırılır, jurnalistlərəin qarşıdakı fəaliyyətləri ilə bağlı çağdaş meyarlar göstərilir.

Prezidentin İlham Əliyevin jurnalistikamıza bayram əhvalı gətirən sərəncamında vurğuladığı məqamlar, əslində, müstəqil dövlətimizin kütləvi infortmasiya vasitələrinin bundan sonrakı fəaliyyəti üçün bir yol xəritəsi rolunu da oynayır: “Kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

Burada göstərilən modernləşmə, kreativləşmə, obyektiv informasiya yayma və dünya media trendlərinə çatma kimi meyarların tam mənimsənilməsi Azərbaycan jurnalistikasının növbəti mərhələdə inkişaf və zənginləşdirilməsini təmin etməlidir. Sərəncamda əksini tapmış bu vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən ardıcıl tədbirlər görülmüş, lazımi siyasi-hüquqi, maddi-mənəvi təminatlar yaradılmışdır.

Bir daha vurğulım ki, belə mötəbər tədbirlərə dövlət səviyyəsində şərait yaradılması bu cür çətin günlərdə Prezidentin Azərbaycan mediasının fəaliyyətini diqqətdə saxlamasının, yüksək qiymətləndirməsinin parlaq ifadəsidir. Bütün bunları alqışlayırıq , jurnalistlərin dostu Prezident İlham Əliyevi ürəkdən təşəkkür edirik. Bu dövlət qayğısı milli mətbuatımızı yeni uğurlara yönləndirir”.

Hazırladı:
R.TAHIR,

“Xalq qəzeti”

 

4 2020 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə