Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Real Madrid" liderliyini möhkəmlətdi

İspaniya La Liqasında XXXIII turun son oyununda "Real Madrid" və "Xetafe" komandaları üz-üzə gəlib. 

"Report"un məlumatına görə, Madriddəki "Alfredo Di Stefano" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 79-cu dəqiqədə penaltidən Serxio Ramos vurub. 

Bu qələbə sayəsində xalını 74-ə çatdıran "Real Madrid" ilk pillədə möhkəmlənib və sona 5 tur qalmış ən yaxın izləyicisi "Barselona"dan 4 xal aralanıb. "Xetafe" isə 52 xalla 6-cıdır. 

Salman Musaoğlu,
“Xalq qəzeti”

4 2020 10:06 - İDMAN
İDMAN
11 Avqust 2020 | 22:41
Mövsümün ən yaxşısı
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə