Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ronaldunun ulduz futbolçuya çevrilməsində Roy Kinin rolu olub

Hazırda İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldunun ulduz futbolçuya çevrilməsində Azərbaycan millisində baş postuna namizəd olan Roy Kinin də rolu olub.

"Report" xəbər verir ki, bu barədə İngiltərə "Mançester Yunayted"inin sabiq futbolçusu Erik Cemba-Cemba "BettingApps" nəşrinə açıqlama verib.

39 yaşlı sabiq yarımmüdafiəçi Roy Kinin Ronalduya məsləhətlər verdiyini xatırladıb: "Birmənalı deyə bilərəm ki, Kin Ronaldunun məşqdə və meydanda çətinlik çəkdiyini söyləyib. Çünki o, Ronaldunun daha yaxşı oynamasını istəyirdi. Kin onun daha yaxşı ola biləcəyini və hazırkı səviyyəyə çatacağını anlayırdı. Belə kapitanın Ronalduya hirslənməsi onun uzun müddət sabit çıxış etməsinə kömək etdi".

Kamerunlu oyunçu Kinin braziliyalı komanda yoldaşı Klebersonla dialoqundan da danışıb. Cemba-Cemba braziliyalı oyunçunun matçların birində yerə yıxıldığını söyləyib: "Kin ona doğru getdi. Kleberson bədən dili ilə oynamaq istəmədiyini göstərirdi. Paltardəyişmə otağına getdik. Roy ona qışqırdı. Dedi: "Oynamaq və hər şeyi etmək lazımdır. Niyə oynamaq istəmirsən? Dünya çempionatını yeni qazanmısınız. Nə baş verdi? Daha yaxşı oynamaq lazımdır?". Bu, Kleberson üçün qorxunc idi. Həmişə gülümsəyirdi, Roy Kin ona tərəf gedəndə də gülürdü. Bu isə Kini daha da qəzəbləndirirdi".

Qeyd edək ki, AFFA  daha əvvəl Roy Kinlə danışıqlar aparıldığını təsdiqləyib. 

Salman Musaoğlu,
“Xalq qəzeti”

4 2020 10:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə