Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antiviral dərmanlar və COVİD-19-un profilaktikası…

Hazırda əhali arasında koronovirus xofunun yaşanması təbiidir. Əvvəllər bu virusun olmasına dair bəzilərində inamsızlıq olsa da, hazırda hamı bu amansız xəstəliyə yoluxmaqdan ehtiyat edir. Bəziləri kortəbii olaraq, həkim məsləhəti olmadan apteklərdən antiviral dərmanlar alıb evdə müalicə ilə məşğul olur. Bununla bağlı “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül ABDIYEVA hər kəsi maraqlandıran, maarifləndirici və dəyərli məlumat verib:

 – Vətəndaşlarımıza demək istəyirəm ki, kortəbii olaraq virus əleyhinə dərmanlar qəbul etməyin. Arbidol, Tamaflyu və s. bu kimi dərmanları sağlam insanların qəbul etməsi düzgün deyil. “Antiviral dərmanlarla profilaktik müalicə, bir insanın COVID-19 koronavirusuna yoluxmayacağına zəmanət vermir”. Bunu Banqkokda keçirilən yoluxucu xəstəliklərin müalicəsində antibiotiklərə və antiviral dərmanlara qarşı rezistentliyi mövzusunda beynəlxalq konfransda iştirak edən Tayland infeksion xəstəlikləri mütəxəssisi Vanphen Sutsamaiyi deyib. O izah edib ki, bu cür dərmanlardan insan xəstə olduqda istifadə oluna bilər.

"İş ondadır ki, dərman nə qədər təsirli olursa olsun, peyvənd deyil. Buna görə də, bir insan hələ özünü göstərməmiş müəyyən bir virus infeksiyasını dərmanla yox edə bilməz”. Virus əleyhinə dərmanlar yalniz yoluxma olduqdan sonra effektiv ola bilər. Mütəxəssis həkimlər bu infeksiyaya qarşı qorunma səviyyəsini artıran koronavirusun qarşısının alınması üçün tövsiyələr verib: ciddi gigiyena, sabunla tez-tez əl yuma, dezinfeksiyaedici maddələrdən istifadə və tibbi maskaların istifadəsi. Ən əsası – immuniteti gücləndirmək, çünki güclü immunitetin olması bir çox o cümlədən koronavirus infeksiyasından qoruya bilər.

Bu baxımdan immuniteti artıran xalq təbabətindən – məsələn, tərkibində vitaminlər və immunostimulyatorlar çox olan qidalarlı istifadə etmək tövsiyə edilir.

D.İ. İvanovo Virusologiya İnstitutunun, F.İ. Gamalei Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı Viktor Laricev tərəfindən izah edildiyi kimi – “Hər bir virusa qarşı öz antiviral dərmanı istifadə olunmalıdır. Onları profilaktik olaraq istifadə etsəniz, sadəcə özünüzə zərər verə bilərsiniz” – deyib.

Koronavirusdan qorunmaq üçün yoluxmamağa çalışmaq lazımdır. Bunun üçün də gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Əl gigiyenası qrip və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib bir tədbirdir. Sabunla yuyunmaq virusları aradan qaldırır. Əllərinizi sabun və su ilə yumaq mümkün deyilsə, tərkibində spirt və ya dezinfeksiyaedici maddə olan mayelərdən və ya salfetlərdən istifadə etmək lazımdır. Bundan əlavə, otaqları havalandırmaqla yanaşı, səthlərin (masalar, qapı tutacaqları, stullar, qurğular və s.) təmizlənmə və müntəzəm dezinfeksiya olunmasının, virusların da aradan qaldırıldığını unutmamalısınız.

Virusları xəstə bir insandan sağlam birinə ötürməyin ikinci yolu, hava damlaları (asqıranda, öskürəndə) vasitəsilə olur. Buna görə həkimlər xəstə ilə ən azı 1 metr məsafəni saxlamağı məsləhət görürlər. Eyni zamanda sağlam həyat tərzinə (düzgün qidalanma, yuxu rejimi və s.) diqqət edilməlidir. Bildiyimiz kimi sağlam bir həyat tərzi, yaxşı yuxu və qidalanma bədənin infeksiyaya qarşı müqavimətini artırır.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2020 09:52 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə