Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası­nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikası­nın Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunverici­lik Toplusu, 2002, № 6, maddə 347; 2005, № 10, maddə 968; 2007, № 9, maddə 882; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsindən “Şahin Abdulla oğlu Mustafayev” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2020-ci il

4 2020 02:03 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə