Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısından həssas yanaşma

İyunun 28-də Azərbaycan milli mətbuatının (həmçinin bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzetin) yaradıcısı, əsərləri Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilmişgörkəmli maarifçisi, jurnalist, pedaqoq, naşir Həsən bəy Zərdabinin doğum günü idi. Qədirbilən mətbuatımız öz səhifələrində böyük ustadı rəhmətlə andı, ruhuna ehtiram göstərildi.

Qarşıdan Milli Mətbuat Günü– əlamətdar 145 illik yubiley gəlir. İyunun 30-da, Azərbaycan Prezidenti cənab İlham Əliyev milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Hər zaman tariximizə, mədəni irsimizə, eləcə də, mətbuat mənsublarına xüsusi diqqət və qayğısı ilə seçilən dövlət başçımızın bu sərəncamı öz mətn-mündəricəsi ilə böyük əhəmiyyət kəsb edir.

Bəlli olduğu kimi, qlobal pandemiya ilə bağlı olaraq, ümumdünya miqyasında, o cümlədən, respublikamızda da müəyyən məcburi məhdudlaşdırmalar həyata keçirilir. Sərəncamın 2.1. bəndində, yubiley tədbirlərinin, xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri nəzərə alınmaqla keçirilməsi tələbi qeyd olunub. Bununla yanaşı, sərəncamın digər bəndlərində, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə genişqeyd olunması, habelə jurnalist təşkilatlarının, redaksiyaların təklifləri əsasında milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması da öz əksini tapıb. Bütün bunlar bir daha onu göstərir ki, mövcud problemlərə baxmayaraq, dövlətimiz, şəxsən dövlət başçımız, jurnalis­tika ilə, mədəni irsimizlə və bu irsin indiki daşıyıcıları, onu davam və inkişaf etdirənlərlə bağlı məsələlərə çox həssaslıqla yanaşır. Bu sərəncam, cənab Prezidentin universal dövlətçilik təfəkkürünübir daha bariz şəkildə göstərir. Ümummilli liderimizdən miras qalan yüksək dövlət nəzakətinin, diqqət və qayğısının yeni çağırışlara və şəraitə uyğun təcəllası kimi diqqəti cəlb edir.

Uzun müddət peşəkar jurnalistika ilə məşğul olmuşbir qələm adamı kimi, həm də deputat kimi, nəhayət bir vətəndaşolaraq, çox minnətdarlıq etmək istərdim ki, cənab Prezidentin sərəncamında, maarifçi babala­rımızın ruhuna dərin ehtiram göstərilərək, 145 illik milli mətbuat yoluna nəzər salınıb, yüksək dəyərləndirmələr aparılıb. Sənəddə çağdaşdövrün tələb və çağırışlarına diqqət edilərək, hazırda mətbuatımızın şərəfini qoruyan, vətəndaşlarımızı məlumatlandıran, haqq səsimizi dünyaya yayan qələm adam­larının əməyinə yüksək qiymət verilib. Sərəncamda qeyd olunub ki, milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.

Sənədin başqa bir mühüm cəhəti, respub­likamızda hazırda həyata keçirilməkdə olan sistemli islahatlar, şəffaflıq və digər məziyyətlər fonunda, KİV-in ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi işində, ümumən, çağdaşdövlət quruculuğunda rolu xüsusi qeyd olunub, KİV-in ölkəmizdə həyata keçirilən köklüislahatlardan kənarda qalmaması, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməsinə ehtiyac olduğu ifadə edilib. Orada meyarlar çox dəqiq göstərilib: modernləşmə, rasionallıq, obyektivlik, kreativ­lik, qabaqcıl texnologiyaların geniştətbiqi və aparıcı trendlərin izlənilməsi!

Mən cənab Prezidentə bir daha minnətdarlıq edərkən, eyni zamanda, jurnalist həmkarlarıma, bütün media mənsublarımıza da sərəncamdan irəli gələn vəzifələrin icrasında uğurlar arzulayıram!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

4 2020 01:54 -

Köhnə versiyamızdan xəbərləri izlə