Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmar MÖVSÜMOV: Koronavirusla mübarizədə qalib gəlmək üçün hamımız səfərbər olmalıyıq

Koronavirus ümumxalq problemidir və bu problemlə mübarizədə hamımız səfərbər olmalıyıq.

Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov opera­tiv qərargahın iyulun 3-də keçirilən brifinqində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, koronavirus qlobal problemdir. Əvvəllər hansısa hadisə baş verəndə dünya təcrübəsinə də müraciət edilirdi. Lakin indi elə vəziyyət yaranıb ki, bununla bağlı dünya təcrübəsi yoxdur. Bu gün yoluxma sayı yüksək həddə qalır. Biz bütün dünyanın üzləşdiyi problemlə qar­şı-qarşıyayıq. Bu problemlə mübarizədə hamımız iştirak etməklə virusa qalib gələ bilərik. Bu isə çətin deyil, sadə yollarla – sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və gigiyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik.

Şahmar Mövsümov deyib ki, Azərbaycanda yayılmağa başladığı ilk gündən etibarən koronavirusun qarşısı­nın alınması üçün lazımi addımlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə dövlətimizin başçısının fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanıqlılığı­na yönəlib.

AZƏRTAC

4 2020 01:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə