Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk həftəsindən etibarən sağalanların sayında artım müşahidə olunub

İyunun 15-dən 21-dək olan müddətdə Azərbaycanda ümumilikdə 2772 nəfər koronavirusa yoluxub. Həmin həftə 1216 nəfər sağalıb, 35 nəfər vəfat edib. İyunun 22-28-də isə 3695 yoluxma, 2227 sa­ğalma, 44 ölüm halı qeydə alınıb. Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk həftəsindən etibarən sağalanların sayında artım müşahidə olunub. Bu da yeni yoluxma hallarının nisbətən sabitləşməsi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdi­yi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, tətbiq olunan sərtləşdirilmiş xüsusi ka­rantin rejimi rəqəmləri sabit saxlamağa imkan versə də, bu yetərli deyil: “Kumul­yativ olaraq sağalanların xəstəxanadan evə yazılma­sının gecikməsi ilə əlaqədar xəstəxanaların üzərində yük artır. Məqsədimiz odur ki, karantinlə sabitləşən say vətəndaşların məsuliyyəti ilə azalmağa doğru getsin və mənfi dinamika aradan qalxsın”.

4 2020 01:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə