Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Payızadək COVID–19-la mübarizədə müsbət irəliləyişlər olmasa, xəstəliyin diferensial diaqnostikası çətinləşə bilər

Payız-qış ayları respirator infeksi­yaların yüksəliş mövsümü olur. Ekspertlər bu aylar üçün koronavi­rusla bağlı ciddi hazırlıq görməyi tövsiyə edirlər. COVID-19-la kliniki əlamətləri oxşar olan çoxlu respirator virus və atipik pnev­moniya törədən bakterial infeksiyalar var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında operativ qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bay­ramlı deyib.

Onun sözlərinə görə, payız aylarına doğru COVID- 19-la mübarizədə müsbət irəliləyişlərə nail olunmasa, xəstəliyin diferensial diaqnostikası çətinləşə bilər və tibb müəssisələrinin üzərinə daha çox yük düşər. Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Tibb müəssisələri də bu sahədə müvafiq tədbirlər görməlidirlər ki, lazım gəldiyi təqdirdə xəstəliklərin diaqnostikasını aparmaq mümkün olsun.

4 2020 01:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə