Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu sərəncam Prezidentin mətbuata verdiyi dəyərin təzahürüdür

Respublikamızda milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ic­timai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Pre­zident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə əlaqədar imzaladığı sərəncam dövlət başçımızın azad sözə verdiyi dəyərin təzahürüdür. Möhtərəm Prezidentimiz bu sərəncamla bir daha təsdiqlədi ki, ölkəmizdə insanların öz fikirlərini sərbəst ifadə etmələri, müstəqil mətbuatın heç bir maneə olma­dan fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi və bütün azad­lıqların təmin edilməsi müstəqil mətbuatın inkişafına yaradılan şəraitin bariz nümunəsidir.

Azərbaycanda demokratik prinsiplərin inkişafının əsası 1993-cü ilin ikinci yarısından – ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan rəhbərliyinə qa­yıdışından sonra qoyuldu. Demokratik ənənələrə sadiqliyini öz əməli fəaliyyəti ilə nümayiş etdirən ulu öndərin bir müdrik kəlamını xatırlatmaq istərdim: “Biz Azərbaycanda demokratik res­publika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalış­malıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini qazan­dıqdan sonra, bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin”.

Ulu öndərin siyasi uzaqgörənliyi nəticəsində müasir Azərbaycan mətbuatı dünya standartları səviyyəsinə yüksəldi. Bu dövrdə söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıldı. 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Mətbuat üzərindəki senzuranın ləğvi, müstəqil medianın azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik baza­sının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizmi­nin genişləndirilməsinə yol açdı.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev fikir, söz azadlığına, müstəqil mətbuatın inkişafına əlverişli şərait yaratdı. Mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də möhtərəm Prezidentimiz tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığı­nın yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində ölkəmiz dünyada sözə, insan hüquqlarına hörmət edən müstəqil dövlət kimi tanınıb. Dün­yanın heç bir ölkəsində jurnalistlərə pulsuz mənzil verilmir. Dünyada analoqu olmayan bu sosial layihə ilk dəfə Azərbaycanda reallaşdırılıb. Artıq çoxmərtəbəli iki bina tikilərək jurnalistlərin ixtiyarına verilib. Bu ya­xınlarda daha bir binanın da istifadəyə verilməsi gözlənilir.

Bu gün ölkəmizdə bütün azadlıqlar təmin edlib, əhalinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin səsləndirdiyi “Mən hər bir azərbaycanlının Prezi­denti olacağam” – fikri onun siyasi fəaliyyətinin əsas qayəsidir. Möhtərəm Prezidentimiz verdiyi vədə və sözə həmişə sədaqət nümayiş etdirib. Bir neçə il əvvəl Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” müka­fatının verilməsi zamanı dövlətimizin başçısı bildirmişdi ki, mən dostluğa sadiq adamam və hesab edirəm ki, dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir. Dövlət başçımızın Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olun­ması ilə əlaqədar imzaladığı sərəncam bunu bir daha təsdiqlədi.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

4 2020 01:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə