Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusu məhv edən robot

“Lenta.ru” xəbər verir ki, Bəhreyndə koronavirus və digər mikroorqanizmləri məhv edən robot hazırlanıb. Mənbə yazır ki, 12 dildə danışan robot bədən hərarətini ölçür, səsli əmrlərə reak­siya verir və xəstələrin üz tanınma­sı texnologiyasından istifadə edir.

Bildirilir ki, robot virusa qısadalğalı ultrabənövşəyi şüalandırma ilə təsir göstərir. Onun 30 dəqiqə ərzində bütün mikroorqanizmlərin 90 faizini öldürərək onların membranını məhv etməsi nəticəsində orqanizmlərin DNT-si parçalanır. Bunun­la yanaşı, virusların məhv edilməsi zamanı insanlar otaqda olmamalıdır, çün­ki qurğunun işığı insan hüceyrələrinə zərər verə bilər.

Şərqi İngiltərə Uni­versitetinin professoru Pol Hanterin sözlərinə görə, ultrabənövşəyi şüa əksər viruslarla effektiv mübarizə aparır. Odur ki, ultrabənövşəyi işığın “SARS-CoV-2” koronaviru­sunu dezaktivasiya etməsi təəccüb doğurmur.

Bildirilir ki, hazırda robo­tun sənaye şəraitində sınaq­ları keçirilir. Artıq Bəhreynin tibb müəssisələrində istifadə üçün iki robot buraxılıb. Bəhreyn Səhiyyə Nazirliyi­nin doktoru Valid Əl-Manea qurğuların həkim və tibb bacılarına kömək etməsinə görə onları tibbi inqilab ad­landırıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

4 2020 01:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə