Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sülh müqaviləsi barədə danışıqlar davam etdiriləcək

Yaponiya Rusiya ilə əvvəllər yüksək səviyyədə əldə edilmiş razılaşmaya uyğun olaraq sülh müqaviləsi üzrə danışıqları da­vam etdirəcək. “Jiji Press”in məlumatına görə, bu bəyanatla Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Tokioda keçirilən mətbuat konfransında çıxış edib.

T. Moteqi deyib: “Sülh müqaviləsi barədə deyə bilərəm ki, bu danışıqlar iki ölkənin hökumətləri səviyyəsində keçirilir. Baş Nazir Şinzo Abe və Prezident Vladimir Putin arasın­da əldə edilmiş razılaşmaya müvafiq olaraq, biz ərazi mübahisəsinin həllindən sonra sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan başlıca mövqeyimiz əsasında danışıqları təkidlə davam etdirmək niyyətindəyik”.

Qeyd edək ki, Yaponiya ilə Rusiya arasında II Dünya müharibəsindən sonra sülh müqaviləsinin imzalanması barədə danışıqlar ötən əsrin ortalarından davam edir. Müqavilənin imzalanmasına əsas maneə kimi Kuril adalarının cənub hissəsinin mənsubiyyəti göstərilir. 1945-ci ildə bütün arxipelaq müharibənin nəticəsi olaraq keçmiş SSRİ-nin tərkibinə daxil edilib. Lakin Yaponi­ya tərəfi həmin arxipelaqa daxil olan İturup, Kunaşir, Şikotan və Habomai adalar qrupunu bu ölkənin ayrılmaz tərkib hissəsi hesab edir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

4 2020 01:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə