Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Krasnoyarskda 14 min nəfər işıqsız qalıb

Rusiyanın Krasnoyarsk diyarının Kuraqinsk rayonuna yağan güclü və aramsız yağışlar və şiddətli külək nəticəsində 11 yaşayış məntəqəsi işıqsız qalıb.

Diyarın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Baydovo, Prudnı, Uralsk, Bregino, Ponaçevo, Nij­naya, Bıstrıyaya, Toqaşet, Zaqorye, Marinino yaşayış məskənlərində 14 min nəfər işıqsız qalıb. Bundan əlavə, bəzi evlərə ciddi ziyan dəyib, elektrik xətləri sıradan çıxıb.

Lakin yaşayış üçün vacib olan sosial sahələrə az ziyan dəyib. Dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, Rusiyanın Tomsk və Novosibirsk vilayətlərində də analoji hadisələr olub.

Hadisə yerlərində xilasedicilər çalışırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

4 2020 01:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə