Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftçalada monitorinq iclası keçirilmişdir

Rayon ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması, qida məhsullarının ticarəti ilə məşğul olan obyektlərdə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinə dair monitorinqlərin keçirilməsi, pozuntu hallarına qarşı barışmaz mübarizə aparılması ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətində Monitorinq Komissiyası yaradılmışdır.

Komissiyanın iclasın­da icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov monitorinqlərin müntəzəm aparılması ilə bağlı tapşırıqlar vermişdir. Vurğulanmışdır ki, rayonda koronavirus infeksiyasının qarşısının alınması üzrə tədbirlər, sosial məsafənin gözlənilməsinə, tibbi maskadan istifadə qay­dalarına əməl edilməsinə ciddi nəzarət olunması gündəlik xarakter daşımalıdır.

Qeyd edək ki, Monitorinq Komissiyası tərəfindən hazır­lanmış “Tədbirlər planı”nda topdan və pərakəndə satış obyektlərinin, bazar, otel, ictimai iaşə, eləcə də digər xidmət sahələrinin rəhbərlərinə həmin obyektlərdə qeyd edilən məsələ ilə bağlı monitorinqlər keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktublarının (bildirişlər) göndərilməsi, dəfndən başqa yas mərasimlərinin keçirilməsinə yol verilməməsi, qayda və qadağaları pozanlara qarşı inzibati təsir mexa­nizminin həyata keçirilməsi nəzərdə tutulmuşdur və icra olunmaqdadır. Rayon sakinləri arasında korona­virus infeksiyasına yolu­xanlar barədə məlumatların əldə edilərək onların yaxın ətrafları və ünsiyyətdə olduqları şəxslərin müəyyən edilərək müayinə olunmasına nəzarət mütəşəkkil qayda­da həyata keçirilir. Bu və digər qabaqlayıcı tədbirlərin icrasına nəzarətin bir an belə zəifləməsinin yolverilməzliyi diqqətə çatdırılmışdır.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin bölgə müxbiri

4 2020 01:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə