Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kütləvi tələfat

Botsvanada iki aydır ki, fillərin kütləvi tələfatı müşahidə olunur. Okvanqo çayının deltasındakı su hövzəsində azı 350 fil ölüb. Bu, qitədə indiyədək görünməmiş haldır. Ümumdünya Vəhşi Təbiətin Müdafiəsi Təşkilatının regional nümayəndəsi Dimakaso Ntşebe de­yib ki, fillər brakonyerlər tərəfindən öldürülməyib. Tələfata qara yara xəstəliyi səbəb göstərilsə də, bu fakt da təsdiqini tapmayıb. Şahidlərin sözlərinə görə, fillər ölmədən öncə ətraflarında dövrə vururlar. Mütəxəssislər ehtimal edirlər ki, heyvanların mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində bu cür ölüm halı qeydə alınır.

Xəbəri “Planet Today” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

4 2020 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə